Tokio Təhsil İdarəsi məktəblərin mayadək bağlı qalması barədə qərar verib

Tokio Təhsil İdarəsi məktəblərin mayadək bağlı qalması barədə qərar verib

Vakıf Katılım

Tokio Təhsil İdarəsi yeni koronavirus təhlükəsinin artması ilə əlaqədar bələdiyyələrə məxsus tam orta məktəblərin mayadək bağlı qalması barədə qərar qəbul edib.

Frame.az Yaponiya KİV-inə istinadla xəbər verir ki, bu barədə qərar aprelin 1-də qəbul olunub.

Xatırladaq ki, Yaponiyanın Baş Naziri Şinzo Abenin infeksiyanın yayılmasının qarşısını almaq məqsədilə yaz tətilinin sonunadək məktəblərin bağlanması barədə xahişindən sonra təhsil müəssislərinin fəaliyyəti martda dayandırılıb.

Tokio Bələdiyyəsinin Təhsil Komitəsi əvvəlcə məktəblərin fəaliyyətinin apreldə bərpa edilməsini planlaşdırırdı. Lakin yeni koronovirus təhlükəsi davam etdiyinə görə, məktəblərin mayın 6-dək bağlı qalması məqsədəuyğun hesab edilib.

Bununla yanaşı, şəhər, kənd və digər yaşayış məntəqələrinin təhsil komitələrinə tabe olan ibtidai və natamam orta məktəblərin fəaliyyəti yerlərdə mövcud vəziyyətə uyğun olaraq təmin ediləcək.

Hibya Xəbər Agentliyi