Gürcüstanda koronavirusa yoluxanların sayı 370 nəfərə çatıb

Gürcüstanda koronavirusa yoluxanların sayı 370 nəfərə çatıb

Vakıf Katılım

Gürcüstanda koronavirusa yoluxanların sayı son 24 saat ərzində daha 22 nəfər artıb.

Frame.az xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin rəsmi stopcov.ge saytında məlumat verilir. Bildirilir ki, aprelin 17-si səhər saatlarına ölkədə koronavirusa yoluxanların sayı 370 nəfər təşkil edib. Yoluxanların 15 nəfəri azərbaycanlıların yığcam yaşadıqları Bolnisi rayonundandır. Onlardan da biri kilsədə xidmət edən ruhanidir.

Hazırda ölkədə 5079 nəfər karantində, 558 nəfər isə stasionar nəzarətdədir. Bu günədək Gürcüstanda 77 nəfər sağalıb, 3-ü dünyasını dəyişib.

 

Hibya Xəbər Agentliyi