Rumıniyada koronavirus pandemiyası 157 nəfərin ölümünə səbəb olub. Artıq ölkədə 4057 koronavirusa yoluxan qeydə alınıb və onların sayı artır.
Qeyd edək ki, Rumıniya Prezidenti Klaus Yohannis martın 16-da ölkədə fövqəladə vəziyyət elan edib. Ölkədə xüsusi karantin tədbirləri görülür. Bir sıra ölkələrlə uçuşlar ləğv edilib. Quru sərhədləri bağlanıb.